Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Görədil çimərliyinin qumu polisin gözü qarşısında satılır – FAKT

Görədil çimərliyinin qumu polisin gözü qarşısında satılır – FAKT

Görədil qəsəbəsi Dövlət Sərhəd Xidmətinin istirahət zonasına bitşik çimərlik ərazidə olan  qumluq sahəyə  hansısa işbazlar tərəfindən sitam çəkilir. Redaksiyamızla əlaqə saxlayan kənd sakinləri bildirdilər ki, hazırda onların gözü qarşısında tarktor qumu sovet istehsalı olan  “Zil-130” markalı  10 BE 543 dövlət seriyalı avtomobilə doldurur və sonra qumla dolu maşın onu harasa aparır:

“Bu hal hər gün davam edir. Ən maraqlısı isə budur ki, bütün bu hallar ərazidə mühafizə xidməti aparan 90 AP 134 nömrə nişanlı polis avtomobilində oturan asayiş keşikçilərinin  gözü qarşısında edilir. Sizdən xahiş edirik ki, bu biabırcı mənzər ilə bağlı vəziyyəti əlaqədar qurumların diqqətinə çatdırasınız”.

Sakinlər Azinforum.az-a bildiriblər ki, vəziyyətə müdaxilə edilməsə, həmin ərazidəki çimərlikdə qum qalmayacaq. 

Əraziyə cavabdeh olan Görədil bələdiyyəsilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Rövşən

Azinforum.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın