Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Google üzərindən Naxçıvanı tanımaq istəsələr?

Google üzərindən Naxçıvanı tanımaq istəsələr?

 

Google (azərb. Quql) dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.

Stenfordda Tibb məktəbinin iki tələbəsi, Larry Page və Sergey Brin, Google-ni 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Baş ofisi Mauntin Vyuda (Kaliforniya) yerləşir.

Google hazırda demək olar ki, bütün növ internet xidmətləri göstərir və bir çox ölkələrdə internet bazarında liderdir. Hazırda Google-un başlıca prioritetlərindən biri internetdə azadlığı təbliğ etməkdir.

Gündəlik həyatımızın əvəzedilməzi Google İnternet Komunikasiya Texnologiyalarından gündəlik həyatımda davamlı olaraq istifadə edirəm. Google axtarış sistemi isə demək olar ki, həyatımda əhəmiyyətli yer tutur. Nə axtarsan googlda tapırsan axı…

Google üzərindən Naxçıvanı tanımaq istəsələr?

Bəzən bir xarici ölkənin vətəndaşı ilə tanış oluruq və o bizdən yaşadığımız torpaq haqqında məlumat, şəkil və s. tələb edir. Və tələsik Googla Naxçıvan, Nahçıvan, Nakhchivan yazırıq…

Bu yolla ilk öncə həmin turistin gözündən Naxçıvanı qıraqdan görmək istəyirik ki, onun tam olaraq bizdən nə tələb etdiyini qavrayaq…

Sizdə heç belə olmayıbmı?

Rastlaşdığımız mənzərələr isə təəssüf doğurur… Axtarış nəticələrində Naxçıvan Muxtar Respublikasının sürətli inkişafına dəxli olmayan, hətta Naxçıvana dəxli olmayan bir yığın şəkil və klassik məlumatlar “göz oxşuyur”.

Gözəl təbiəti, dürüst insanları, memarlıq baxımından isə Şərq ölkələri içərisində əhəmiyyətli yer tutan Naxçıvanda düşünürəm ki, kifayət qədər istedadlı fotoqaraf yaşayır. Ancaq gəlin görün ki, Naxçıvanla bağlı sosial şəbəkələrə yüklənən rəsmlər illər öncəsinə aiddir və bir-birinin təkrarıdır. Amma vurğulayım ki, İnstagram, Facebook, Twitter üzərindən Naxçıvanda çəkilən və paylaşılan toy fotosesiyyaları daha çox diqqət çəkir.

Tam səmimi olaraq bir çox dünya ölkələrinə səyahət edən biri kimi qeyd edim ki, mən hər hansı bir ölkəyə getməmişdən öncə internetdə, xüsusilə googlda gedəcəyim ölkə, şəhər haqqında axtarış edirəm. Bu yolla həmin ölkəyə öncə virtual səyahət edirəm.
Bəlkə də neçə min insan bizim yaşadığımız məkana virtual olaraq səyahət edir. Gəlin görək bizlər sosial şəbəkələrə yüklədiyimiz məumatlar, rəsmlərlə Müqəddəs torpağı kifayət qədər tanıda bilirikmi?

Məncə gənclərimiz, xüsusilə istedadlı və vətənpərvər insanlar olaraq bu vəzifəni boynumuza götürməyin vaxtı gəlib çatıb, hətta ötüb. Sadəcə bağlı şəxsi profillərdə deyil, dünyanın hegemon sayt, axtarış sistemlərində də yaşadığımız torpağı tanıtmalıyıq. Fotoqraflar çəkdikləri şəkilləri, rəssamlar boyalarla əks etdirdikləri reallıqları, yazıçı və şairlər vəsf etdikləri gözəllikləri çatdırmalıdırlar böyük ictimaiyyətə. Bu yolla həm geniş auditoriyaya xitab edə, həm də Naxçıvanımızı tanıda bilərik. Sadəcə gənclərimizi maarifləndirməliyik. Naxçıvan Muxtar Respublikasında sürətli inkişaf, İKT texnologiyalarının xüsusilə güclü internet mövcuddur. Virtual məkan gündəlik həyatımızın əhəmiyyətli bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edirlər. Ona görə də internetdən keyfiyyətli istifadə istifadə qaydalarını bilmək önəmlidir.
Virtual rəqabət məkanında sadə vətəndaşlarımız da fəal iştirak edərək milli maraqların qorunması işinə öz töhfələrini verə bilərlər. Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi vacib amildir və bu həqiqəti hamı dərk etməlidir.
İnformasiya əsrində hər bir dövlətin və cəmiyyətin real gücünü onun virtual məkanda təmsilçiliyi və bunun hansı səviyyədə mövcud olması ortaya qoyur. Qlobal informasiya məkanı və kütləvi kommunikasiya vasitələrinin təsiri altında dünyada baş verən proseslər həm də sosial-siyasi sahədə informasiya mübarizəsi və ya təbliğat aparmaq üçün önümüzdə geniş imkanlar açır. Biz bu imkanlardan maksimum istifadə etməklə Naxçıvan Muxtar Respublikasının beynəlxalq imicini və xarici təbliğatını daha da gücləndirə bilərik

Nərgiz İSMAYILOVA

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın