Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı – Beynəlxalq axtarışdadır

Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı – Beynəlxalq axtarışdadır

Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Bakıda hava limanında saxlanılıb.

“Qafqazinfo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Adamkul Junusov avqustun 28-də “vəzifə səlahiyyətlərindən sui istifadə” etməkdə ittiham edilərək Qırğızıstan tərəfindən beynəlxalq axtarışa verilib.

İqtisadi Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidməti də sabiq sədrin Azərbaycanda tutulmasını təsdiqləyib. Hazırda onun ölkəsinə ekstradisiyası istiqamətində işlər görülür.

Junusovun, ümumilikdə dövlətə 167 milyon som (təxminən 2,4 milyon dollar) məbləğində ziyan vurduğu bildirilir.

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …