Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Gömrük Komitəsinin əməkdaşlarının və mülki işçilərinin maaşı artırılıb

Gömrük Komitəsinin əməkdaşlarının və mülki işçilərinin maaşı artırılıb

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli fərmanında dəyişiklik edilib.
“Report”un xəbərinə görə, dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.
Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
İndiyədək, bu rəqəm 25 faiz idi.
Sərəncamla Nazirlər Kabinetinə (NK) Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, NK-nın Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentinə məlumat vermək tapşırılıb.
Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın