Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Gömrük Komitəsindən yenilik: Elektron xidmət – Video

Gömrük Komitəsindən yenilik: Elektron xidmət – Video

Dövlət Gömrük Komitəsi Xarici İqtisadi Fəaliyyət iştirakçılarına yeni elektron xidmətlərini təqdim edir.

Komitənin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, idxal-ixrac əməliyyatlarınız haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd-gömrük buraxılış məntəqələrindən sürətli keçmək, dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal vəya nəqliyyat vasitəsinin bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə edin.

 

Şəxsi kabinet: Nəqliyyat

 

Şəxsi kabinetə daxil olduqdan sonra Sərhəddən keçirilən nəqliyyat vasitəsi haqqında məlumat düyməsini sıxın. Açılan səhifədə Yeni mal bəyan et bölməsini seçin. Üç bölmədən birincisi sürücü haqqında məlumat bölməsidir. Burada siz şəxsiyyətinizi təsdiq edən sənədi, nömrəsini, soyad, ad və ata adı, vətandaşlığı, ünvan və telefon nömrəsi bölmələrini düzgün doldurun.

 

İkinci bölmədəki doldurulacaq xanalar nəqliyyat vasitəsinə aid məlumatlardır. Bunlar nəqliyyatın növü, markası, dövlət nömrə nişanı, şassi, ban nömrəsi, buraxılış ili və mənsub olduğu ölkə başlıqlı xanalardır.

 

Son olaraq digər məlumatlar bölməsi doldurulmalıdır. Bu isə istiqamət, nəqliyyat marşrutu, ölkəyə giriş-çıxış ehtimal olunan sərhəd-gömrük məntəqəsi və təsdiq üçün şəkildəki kodu daxil etmə xanalarından ibarətdir.

 

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın