Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Generalın xidməti maşını əlindən alındı – Talıbov Mustafayevi açılışa buraxmadı

Generalın xidməti maşını əlindən alındı – Talıbov Mustafayevi açılışa buraxmadı

Son gülər mətbuatda adı tez-tez hallanan, hətta həbs xəbəri yayılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev hərbi hissənin açılışına buraxılmayıb.
AzNews.az xəbər verir ki, yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Açılışı Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov edib. Kərəm Mustafayev isə mərasimə buraxılmayıb. Məlum olub ki, Mustafayev hələ vəzifəsində saxlanılsa da, əslində bütün səlahiyyətləri dondurulub. Hətta ona bu yaxınlarda verilən bahalı BMW markalı avtomobili də əlindən alınaraq, Müdafiə Nazirliyinə təhvil verilib.
Bildirilir ki, artıq bir aya yaxındır ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yoxlanılır və ciddi qanun pozuntuları aşkarlanıb. Mustafayev barədə rəsmi qərarın verilməməsi isə yoxlamala işlərinin tam yekunlaşmamasıyla bağlıdır.
Qeyd edək ki, general ətrafında müəmmalı olaylar bir müddətdir ki, başlayıb. Dekabrın sonlarında K.Mustafayevin saxlanılması xəbərinin ardından onun qardaşı Nemət Mustafayevin də həbsi xəbəri yayılıb.
Eyni zamanda Kərəm Mustafayevin həyat yoldaşı İlhamə Mustafayevanın da problemlərlə üz-üzə qalması barədə məlumatlar dolaşır. Bildirilir ki, İ.Mustafayeva 1 noyabr parlament seçkilərində 45 saylı Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilsə də, onun deputatlıq fəaliyyətinin ömrü qısa olub. K.Mustafayevin ətrafında gizli həbslər həyata keçiriləndən sonra İ.Mustafayevanın Ali Məclisə buraxılmadığına yasaq qoyulub.
Bir neçə gün əvvəl isə Kərəm Mustafayevin maliyyə xidməti rəisi polkovnik Elşad Rzayev tutulub. E.Rzayev K.Mustafayevin ən inanılmış adamlarından biri olub, məlumata görə, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Digər məlumata görə, polkovnik E.Rzayevin həbsindən sonra Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub.

Həmçinin oxuyun

Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb. …

Bir cavab yazın