Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Generalın oğlu təcridxanaya köçürüldü

Generalın oğlu təcridxanaya köçürüldü

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Səbail və Yasamal rayon polis idarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki, monitorinq zamanı ciddi qanun pozuntusu aşkarlanmayıb: “Bir sıra kiçik nöqsanlar var idi. Lakin qeyri-insani rəftar, işgəncə faktı ilə bağlı bizə heç kim müraciət etməyib. Saxlanılan şəxslər, əsasən, narkotik və oğurluq cinayətlərində şübhəli bilinirlər. Görüşdüyümüz şəxslərin əksəriyyəti məhkəmə qərarlarından narazılıq bildirdi. Biz də onların müraciətlərini aidiyyatı qurumlara göndərəcəyik” .

E.Behbudov Yasamal Rayon Polis İdarəsində olarkən Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevlə də maraqlandığını deyib: “Mənə bildirdilər ki, Tamerlan Əsədullayev barəsində həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına göndərilib. Hazırda təcridxanadadır…”.

Qeyd edək ki, aprelin 10-da -da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, qeyd edilən faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Qeyd edək ki, Tamerlan Əsədullayev Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğludur.

Həmçinin oxuyun

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar …

Bir cavab yazın