Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Generaldan cibgirlərlə bağlı açıqlamadan cibgirlərlə bağlı açıqlama

Generaldan cibgirlərlə bağlı açıqlamadan cibgirlərlə bağlı açıqlama

Bu il Azərbaycanda keçirilən istintaq əməliyyatları nəticəsində 100-dən artıq cibgir oğrular tutulub.

Azinforum.az xəbər verir ki, bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında, qurumun Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxışında deyib.

Daxili İşlər Nazirliyinin “102” xidməti və “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 55 oğurluq, 6 quldurluq, 2 dələduzluq, 5 soyğunçuluq, 1 əmlakı qəsdən məhv etmə və sair cinayətlər “isti izlərlə” açılıb, axtarışda olan 152 avtomobil saxlanılıb, avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə 174 cinayət açılıb.

Xüsusi mülkiyyətdə olan obyektlərdə və şəxsi mənzillərdə mühafizə-siqnalizasiya vasitələrinin quraşdırılması məqsədilə əhali arasında təbliğatın gücləndirilməsinə dair aidiyyəti Kollegiya qərarlarının icrası üzrə görülmüş tədbirlərlə cari ildə mühafizəyə götürülmüş obyektlərin sayı 165, mənzillərin sayı isə 354 vahid artıb.

Son il yarım ərzində qorunan 191 obyektdə oğurluq faktlarının qarşısı alınaraq 78 nəfər yaxalanıb. Bu və digər təşkilati tədbirlər mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizədə kriminogen durumun bütövlükdə nəzarətdə saxlanılmasını təmin edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 2014-cü ildə və cari ilin ötən dövründə mülkiyyət əleyhinə cinayətlər törətmiş 1810 nəfərdən ibarət 657 qrup və mütəşəkkil dəstə, o cümlədən mənzillərdən oğurluq etmiş 251 nəfərdən ibarət 85 qrup zərərsizləşdirilib.

Mülkiyyət əleyhinə olan 7986 cinayətin açılması təmin olunub, 4581 nəfər məsuliyyətə cəlb edilib, habelə axtarışa elan olunmuş 1292 təqsirləndirilən şəxs tutulub.

Bu müddətdə Baş İdarənin yerlərə göstərdiyi əməli köməkliklər nəticəsində 200-dən çox cinayət açılıb, o cümlədən Cibgirlik cinayətlərinə qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatları əsasında Bakı şəhərində və Abşeron rayonu ərazisində mənzillərdən 103 oğurluq cinayəti törətmiş Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət qrup ifşa edilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın