Ana səhifə / Siyasət / General “Hacı Cavad” məscidi ətrafındakı durumdan danışdı: “Gərginlik yoxdur”

General “Hacı Cavad” məscidi ətrafındakı durumdan danışdı: “Gərginlik yoxdur”

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidəki “Hacı Cavad” məscidinin heç bir qeydiyyatı yoxdur.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, həmin ərazidəki bütün tikililər plana düşüb:

“Məscid kimi fəaliyyət göstərən həmin tikili də plana düşənlər siyahısındadır. Tikilinin aqibəti ilə nə qərar qəbul ediləcəksə, o da olacaq”.

S. Bağırov sözügedən ərazidə gərginliyin artması barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib: “Mən də həmin ərazidəydim, heç bir gərginlik yoxdur. Qanun nə tələb edirsə, o da olacaq”.

Qeyd edək ki, Bakının “Sovetski” adlanan ərazisindəki “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi sökülüb, “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın