Ana səhifə / Siyasət / General Dadaş Rzayev rus zabitlərinin olduğu məclisdə huşunu itirdi

General Dadaş Rzayev rus zabitlərinin olduğu məclisdə huşunu itirdi

Azərbaycanın keçmiş müdafiə naziri, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri general-mayor Dadaş Rzayevin səhhətində ciddi problemlər yaranıb.

Missiya.Az-ın əldə etdiyi özəl məlumata görə, general-mayor Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, keçmiş nazir bir neçə gün öncə qonaqları olan rusiyalı generallara ziyafət verib. Elə həmin məclisdə onun səhəti qəfil pisləşib. General huşunu itirərək yerə yıxılıb. Rzayev təcili tibbi yardım maşını ilə qonaqlıqdan birbaşa xəstəxanaya aparılıb.

Yaxınları keçmiş nazirin sağlıq durumunun hazırda ağır olduğunu bildiriblər.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın