Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / General əmisinin “Şöhrət”i polkovniki xilas edəcəkmi?

General əmisinin “Şöhrət”i polkovniki xilas edəcəkmi?

Dünən respublikanın keçmiş baş hərbi komissarı, deputat Əliağa Hüseynovun “Şöhrət” ördeni ilə təltif edilməsi cəmiyyətdə təəccüblə qarşılandı. Çünki deputat olduğu müddətdə demək olar ki, lal sükuta qərq olan generalın hansı xidmətələrinə görə belə yüksək təltifə layiq görülməsinə insanlar izah tapmaqda çətinlik çəkirlər. Amma prezident sərəncamında deyilir ki, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Əliağa İzzət oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilir. Görünür, generalın cəmiyyətin və medianın bilmədiyi hansısa xidmətləri, ölkənin ictimai-siyasi həyatında fəal iştirakı barədə dövlət başçısına dosye təqdim olunub…

Amma dövlət başçısının bununla bağlı sərəncam imzalamasından sonra təbii ki, generalın nəyə görə “Şöhrət”ləndirilməsi unudulacaq və cəmiyyətdə Əliağa Hüseynova yönəlik ironiya arxa plana keçəcək.

Nəticə çıxarılası başqa məqam var. Bu faktın özü bir daha generalın qürubundan danışmağın tez olduğu qənaəti yaradır. Əlbəttə, prezidentin bu təltifində generalın nəqliyyat naziri Ziya Məmmədovla qudalıq münasibətlərinin nə dərəcədə rol oynayıb-oynamadığını müəyyənləşdirmək çətindir. Amma çətin olmayan bir məsələ generalın yaxın ətrafındakı vəzifədə olan qohum-qəbiləsinin heç olmasa müəyyən müddətdə rahat nəfəs alacağıdır. Yəni tutaq ki, xeyli vaxtdır yola salınacağı deyilən və mediada barəsində çeşidli informasiyalar dolaşan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şöbəsinin rəisi, Əliağa Hüseynovun qardaşı oğlu polkovnik Namiq Hüseynovun təqaüdə göndərilməsi çox güman ki, əmisinin “Şöhrət” ordeni ilə təltif olunması ilə bir qədər ertələnə bilər.

Amma nə bilmək olar? Bəlkə elə generalın könlünü “Şöhrət”lə alaraq gələn ilin əvvəlindən onun yaxın ətrafının “yarpaq tökümü”nə start veriləcək? Təbii ki, indiki Azərbaycan reallığında belə gedişat da mümkündür. Amma generalın bu “şöhrət”i onlara manevr etmə imkanları verməmiş deyil və görünən odur ki, Hüseynovlar əllərində olan postları qorumaq üçün sonadək dirəniş göstərəcəklər… (Moderator.az)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın