Ana səhifə / Siyasət / “G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb.

Qurum bölgədə gərginliyin yolverilməz olduğunu bəyan edib.

Bu barədə “G7”-nin xarici işlər nazirlərinin qlobal problemlərin həlli və tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı aprelin 19-da yaydığı bəyanatında deyilir.

Qeyd olunur ki, Ermənistan və Azərbaycan gücdən istifadə etməli, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmalıdırlar.

Sənəddə həmçinin Azərbaycan hakimiyyətini Qarabağa qaçqınların təhlükəsiz, ləyaqətli və davamlı qayıtmasını təmin etmək üçün müvafiq addımlar atmağa çağırış yer alıb.

Eyni zamanda, Ermənistan və Türkiyənin münasibətləri normallaşdırmaq səyləri kontekstində G7 diplomatik departamentlərinin rəhbərləri iki ölkə arasında sərhədlərin açılmasını istəyirlər.

Aprelin 16-dan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanılıb.

Bir gün sonra Rusiyanın Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların Qarabağdan çıxarılmasını təsdiqləyib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də deyib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə Hacıyev qeyd edib.

10 noyabr 2020-ci il bəyanatına əsasən, Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Həmçinin oxuyun

Müsavatın dialoqda iştirakına etiraz: Vəfa Cümşüdlü partiyadan istefa verdi

Müsavat Partiyasının keçmiş Divan üzvü və sabiq Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verib. …