Şənbə , İyul 24 2021
Ana səhifə / Siyasət / “Gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək”

“Gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək”

“Atəşkəs hər gün pozulur. Bunda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanla məsələlərimiz hələ bitməyib. Qarşı tərəf də ona görə atəş açır ki, bununla guya müqavimət gücünün mövcud olduğunu bizə sübut etməyə çalışır. Biz də bu təxribatlara kifayət qədər reaksiya veririk. Müharibədən əvvəl verdiyim müsahibələrdə Azərbaycanın atəşkəsə riayət etməsinin maraqlarımıza cavab vermədiyini bu cümlə ilə izah edirdim: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmən təzyiq altında olmalıdır. Əbədiyyətə qədər atəşkəsə riayət edəcəyimiz kimi öhdəliyimiz yoxdur, olmamalıdır”. Müharibə etdik, torpaqlarımızın böyük qismini azad etdik, ancaq hələ görəcəyimiz işlər var”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, atəşkəsə o zaman tam riayət olunacaq ki, Azərbaycan Qarabağa və Laçın dəhlizinə tam nəzarət edəcək, Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi geri qaytarılacaq, Zəngəzur dəhlizi işə düşəcək və nəhayət iki dövlət arasında bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalanacaq: “Bütün bunlar reallaşmayana qədər bölgədəki gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək. Qarşı tərəf atəş açırsa, deməli, həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını daima təzyiq altında saxlamalıyıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, separatçı rejimdən qurtulmasalar və Azərbaycan qanunlarına tabe olmasalar, onları da torpaqlarımızda rahat həyat gözləmir”.

Həmçinin oxuyun

Prezident Vilayət Quliyevlə bağlı sərəncam imzaladı

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. …