Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Gəncənin icra başçısı yeni komanda formalaşdırır

Gəncənin icra başçısı yeni komanda formalaşdırır

Elmar Vəliyevin daha bir kadrı işdən çıxarıldı; sabiq başçının “sağ əli” Məharət Mustafayevin əməlləri araşdırılmaqda davam edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni komanda formalaşdırılması istiqamətində daha bir addım atıb. Belə ki, Niyazi Bayramovun müavini, İH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevda Firuddin qızı Qurbanəliyeva tutduğu vəzifədən uzaqlaşdırılıb. Həmin vəzifəyə yeni təyinat barədə məlumat yoxdur.

Yeni başçı vətəndaşların ən çox şikayətçi olduğu sahələrə məsul olan qurum və onların rəhbərlərinin fəaliyyəti ilə bağlı addımları Gəncəyə başçı təyin olunduğu ilk günlərdən atmağa başlayıb. Yada salaq ki, N.Bayramov vəzifəyə təyinat alandan sonra ilk olaraq illərdir yerli əhaliyə “qan udduran” Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin “sağ əli” kimi tanınan Məharət Mustafayevi işdən  çıxarmışdı. Bundan sonra M.Mustafayevin fəaliyyətinin araşdırılmasına qərar verilmişdi. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və onun rəhbərinin də fəaliyyəti  araşdırma mövzusu olub.

Gəncənin yeni icra başçısı ile ilgili görsel sonucu

Məharət Mustafayev Elmar Vəliyevin “torpaq dəllalı” olub. O, uzun illər ərzində Gəncədə qanunsuz torpaq satışını həyata keçirib, iş adamlarından sənəd bəhanələri ilə xərac toplayıb, bir mülkü müxtəlif saxta sənədlərlə bir neçə şəxsə satıb. O, Gəncədə yüzlərlə vətəndaşa aid mülkə, torpaq sahəsinə faktiki olaraq saxta sənədlər verib.

Onun əməlləri haqda mətbautda, “Yeni Müsavat” qəzetində bəs deyincə yazılar dərc olunub. Məsələn, qəzetin 13.11.2017-ci il tarixli sayında “Gəncənin icra başçısının ”sağ əli”nin əməlləri barədə yeni faktlar”

http://musavat.com/news/gencenin-icra-bascisinin-sag-eli-nin-emelleri-barede-yeni-faktlar_482672.html  sərlövhəli yazıda Məharət Mustafayevin vətəndaşların başına açdığı oyunlarla bağlı olduqca ilginc məlumatlar yer alıb. M.Mustafayev vətəndaşların torpaqlarını ələ keçirib, pullarını alıb və özlərini də həbslə hədələyib.

Məharət Mustafayev ile ilgili görsel sonucu

Onun barəsində qalmaqallı şikayətlərdən biri də Gülnar Günəşliyə məxsus idi. Gəncə Memarlıq və Şəhərsalma İdarəsində sektor müdiri olmuş bu xanım Məharət Mustafayevin ona əxlaqsız təkliflər etdiyini, bununla razılaşmadığı üçün işdən çıxarıldığını, intihara cəhd etdiyini bildirmişdi. Həmin vaxt G.Günəşli M.Mustafayevin çoxsaylı qanunsuzluqlarından da bəhs etmişdi. Onun şikayəti əsasında cinayət işi başlanıldığı, Məharət Mustafayevin ifadəsinin alındığı da bəlli olmuşdu.

Amma sonradan Məharət Mustafayev Elmar Vəliyevin dəstəyini alaraq, “sudan quru çıxmışdı”, hətta G.Günəşliyə də “təkzib bəyanatı” yazdırmağa müvəffəq olmuşdu.Qeyd edək ki, Elmar Vəliyev 2011-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra hələ Yevlax rayonunda başçı olduğu vaxt tanıdığı Məharət Mustafayevin Gəncə şəhəri Nizami rayonunun icra başçısı təyin olunmasına nail olmuşdu. Məharət Mustafayev Nizaminin icra başçısı olarkən sadə vətəndaşları təhqir etməklə məşhurlaşmışdı. Nəhayətdə o, RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə torpaq üstündə əlbəyaxa dalaşıb, onu döymüşdü. Həmin vaxt onun barəsində araşdırma aparıldı və icra başçısı vəzifəsindən azad edildi. Lakin Elmar Vəliyev az sonra vazkeçilməz hesab etdiyi bu adamı Gəncə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə rəis təyin etmişdi.

Gəncədə böyük qanunsuzluqlara yol vermiş keçmiş Vəliyevçilər ətrafında aparılan yoxlamalar nəticəsində M.Mustafayevin bir neçə dəfə müvafiq istintaq orqanına çağırılıb dindirildiyi bəllidir. Onun həbsi gözlənilsə də, bugünədək Mustafayev azadlıqda qala bilib…

Həmçinin oxuyun

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı ölümlə hədələyir

Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber (Jerome Lambert) ölkədə yaşayan yerli ermənilər tərəfindən …