Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Gəncənin canı ondan qurtaracaq… – Oliqarxa çevrilmiş Vəliyev yola salınır

Gəncənin canı ondan qurtaracaq… – Oliqarxa çevrilmiş Vəliyev yola salınır

Daha bir icra başçısı vəzifəsindən alınır. Bu barədə DİA.AZ-a mötəbər mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, artıq bu barədə tədarük görülür.

Mənbə Elmar Vəliyevin bundan sonra Bakı rayonlarından birinə gətiriləcəyi ehtimallarından da danışıb. Mənbənin dia.az-a söylədikləri:

“Elmar Vəliyev istəyir ki, yeni vəzifəıyə gəlsin. Amma bu barədə imkanları məhduddur. Hətta himayədarları da ona kömək edə bilmirlər. Ona görə də bacardığı qədər Gəncə RİH başçısı postunda çox qalmağa çalışır”.

Qeyd edək ki, Elmar Vəliyev bu günə qədər Gəncənin tarixi yerlərinin məhv edilməsilə diqqətə gəlib. Bununla bağlı yerli KİV-lərdə də yetərincə informasiyalar yazılıb.

Ona görə də Elmar Vəliyevin görəvdən alınmasına gəncəlilərin sevinclə yanaşacağı şəkksizdir.

Qeyd edək ki, “yuxarıların” son siyasətindən, aparılan son kadr islahatlarından görünəni budur ki, artıq hakimiyyət oliqarxiyaya “əlvida” deməkdədir. Elmar Vəliyev də özünün və aid olduğu çevrələrin imkanları ilə oliqarxa çevrilmiş icra başçılarından hesab olunur. Ona görə də Elmar Vəliyevlə bağlı qərarı da oliqarxiyaya vurulan növbəti zərbə kimi də dəyərləndirmək olar.

İddia olunanlarla bağlı maraqlı tərəfləri də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın