Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Gəncəlilərdən Naqif Həmzəyevə cavab

Gəncəlilərdən Naqif Həmzəyevə cavab

Gəncəli deputat Naqif Həmzəyevin dövlətimizin qurucularının lideri Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi yaramaz fikirlərə ictimaiyyətin sərt reaksiyası gəlməkdə davam edir. Onlardan birini də “Gəncə” müstəqil informasiya portalına məxsusdur. Gəncəli gənclərin mövqeyini kiçik ixtisarla diqqətinizə çatdırırıq:

“Əziz dostlar!

Çox ciddi bir məsələyə diqqət yetirməyinizi xahiş edirik.

Bildiyiniz kimi, bu gün Gəncədən deputat təyin olunan Naqif Həmzəyev adlı birisi Cumhuriyyətimizin qurucularından olan böyük Məhəmməd Əmin Rəsulzadəni satqın adlandırıb və tarixi şəxsiyyət haqqında təhqiramiz ifadələr səsləndirib.

Biz burdan bütün gəncəlilərə müraciət edirik!

Hamılıqla birləşib bu hadisəyə çox ciddi etirazımızı bildirməliyik!

Gəncə Cümhuriyyətimizin beşiyidir və haranınsa yaramazlarına Gəncə adını bədnam etməyə imkan verməməliyik!

Burdan bu “millət vəkili”nə səslənirik:

Naqif Həmzəyev, sən axı kimsən ki, Gəncə gəncləri və gəncəlilər adından açıqlamalar verəsən?!

Yoxsa elə bilirsən havadarın Yelmar Vəliyev səni deputat təyin edəndən sonra ağlınızda olan kasad fikirlərinizi gəncəlilər adından sayaqlaya bilərsən???

Yəqin ki, indi qorxaraq təkziblər verəcəksən, necə ki üç ildir Rəsulzadənin büstünə torba keçirdiyinizi hər cür bəhanələr gətirərək inkar edirsiniz!

Amma əslində sən bu gün illərdir içində gizlətdiyin o gerçək xəstə mahiyyətini bilərəkdənmi ya bilməyərək üzə çıxartmış oldun!

Müsahibəndə Rəsulzadənin tək olmadığını deyirsən…

Bəli, Rəsulzadə tək deyildi!

Elə təkcə Gəncəmizdən Rəsulzadənin onlarla əqidə yoldaşı və silahdaşı var idi!
Nəsib bəy Yusifbəyli, Xəill bəy Xasməmmədov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlılar, İsmayıl bəy və Adil bəy Ziyadxanlılar, Ələkbər bəy və Xudadat bəy Rəfibəylilər həmçinin bir çox başqaları kimi Cümhuriyyətimizin qeyrətli qurucuları var idi!

Bu böyük insanların hansısa birini öz doğma şəhərində bir dəfə olsun layiqincə yad edibsinizmi???

İllərdir Gəncədə icra başçısının müavini işləyirsən.

Bəlkə onlardan kiməsə kiçik bir abidə ucaltmısınız?

Millətimizin qürur yeri olan Cavad xana belə heykəl ucaltmaqdan imtina edirsiniz.

İndi kimdir əsl satqın və dövlət xaini???

Sənə heç bir gəncəli ixtiyar verməyib ki, gəncəlilərin adından bu cür təhqir dolu ifadələrlə sərsəm açıqlamalar verəsən!

Əgər gəncəlilərin adından kiminsə söz deməyə haqqı varsa, o dəqiq sən deyilsən!

Sən uzaq başı yerli-yersiz hər yerdə qeyd etdiyin, fəxarətlə yazdığın doğum yerin olan Ermənistanın Vardenis rayonunun sakinləri adından çıxış edə bilərsən!

Səni Gəncədə hamı Yelmar Vəliyevin aftafa daşıyanı kimi, işi-peşəsi ona-buna iftira atmaq olan, intriqalar yaradan simasız bir adam kimi tanıyır!

Sənə tövsiyə edirik, öncə öz keçmişinə yaxşıca nəzər sal, sonra Azərbaycanın şanlı keçmişinə, Cümhuriyyət tarixinə iftira at!

Unutma ki, Gəncə və gəncəlilər hər zaman millətimizin, dövlətimizin güvənc və dayaq yeri olub və sənin kimi simasızlar Gəncənin şərəfli adına ləkə yaxa bilməzlər!”

Həmçinin oxuyun

Türkiyə səfirliyindən şəhidlərimizlə bağlı paylaşım

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş 2783 qardaşımızı rəhmətlə anırıq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin …

Bir cavab yazın