Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Gəncədən Avropaya: məcburi köçkün gənclərin Qarabağ mesajları

Gəncədən Avropaya: məcburi köçkün gənclərin Qarabağ mesajları

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyədəstəyilə həyata keçirdiyi “Gəncədən Avropaya: məcburi köçkün gənclərin Qarabağ mesajları” layihəsinə yekun vurmuşdur. Layihənin əsas məqsədi 2016-cı ilin Gəncənin Avropanın gənclər paytaxtı kimi diqqət mərkəzində olduğunu nəzərə alaraq ermənistanın Azərbaycana silahlı təcavüzü, 1 milyondan artıq soydaşlarımızın hələdə qaçqın və məcburi köçkün şəraitində yaşamaları, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun bu münaqişəyə ikili standartlarla yanaşmasını, Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasının vacib olduğunu Avropa və dünya gənclərinin diqqətinə çatdırmaqdan ibarət olmuşdur.

Kəlbəcər və digər rayonlardan məcburi köçkün düşmüş əhalinin məskunlaşdığı Gəncə şəhərində yerləşən Kəlbəcər qəsəbəsindəki Mədəniyyət evində layihənin yekun konfransı keçirildi.

İlk öncə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Kəlbəcər rayon icra hakimiyyəti binasının foyesində qoyulmuş büstü ziyarət edildi.

Sonra Mədəniyyət evində davam edən konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Giriş nitqi ilə Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini Aytac Rüstəmzadə çıxış edərək layihənin ictimai və beynəlxalq əhəmiyyətindən danışdı.

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna belə bir layihəni dəstəklədiyi üçün təşəkkürünü bildirdi.

Natiq layihəyə 2000 nəfərdən artıq gəncin cəlb olunduğunu, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Dövlət Texnologiya Universitetində, Gəncə Dövlət Universitetində, eyni zamanda Gəncə məcburi köçkünlər qəsəbəsində silsilə tədbirlərlə davam etdiyini və layihənin 700 nəfərə yaxın gəncin iştirakı ilə bu Mədəniyyət evində yekun konfransla başa çatdığını qeyd etdi. Tədbirlərdə qaçqın və məcburi köçkün tələbələrlə bərabər universitetlərin müxtəlif fakultələrində təhsil alan tələbələrin ölkəmizin taleyüklü məsələsinə həsr olunmuş konfranslarda fəal iştirak etdiklərini bildirən V.Qədirov Azərbaycan gənclərinin bir qarışda olsun torpaqlarının düşmən tapdağında qoymayacaqlarına əminliyini bildirdi.

1988-ci ildən etibarən ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları və sonradan 20 faizdən artıq ərazilərimizin ermənistana havadarlıq edən dövlətlərin dəstəyilə işğal edilməsi, 1 milyondan artıq soydaşlarımızın öz doğma torpaqlarından zorla çıxarılaraq qaçqına və məcburi köçkünə çevrilmələri, misli görünməmiş Xocalı soyqırımı haqqında geniş məlumat verdi. O, çıxışında bu münaqişənin həlli məqsədilə BMT –nin qəbul etdiyi 4 Qətnamənin (822, 853, 874, 884) ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində lazımsız bir sənədə çevrildiyini, bu münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun qeyri-qənaətbəxş fəaliyyəti, beynəlxalq hüququn norma və prinsiplərini yox, işğalçı ermənistana hərtərəfli dəstək vermələrini Azərbaycana qarşı ikili standartların bariz nümunəsi olduğunu bildirdi. 20-ci əsrin sonlarında misli görünməmiş Xocalı soyqırımını törədən ermənistana heç bir təzyiq göstərilməməsi, Azərbaycanın qədim tarixi abidələrini saxtalaşdıraraq erməniləşdirmə siyasəti aparan, işğal olunmuş ərazilərdə başqa dövlətlərdən gətirilən ermənilərin qeyri-qanuni məskunlaşdırılmasını həyata keçirən bu işğalçı dövlət təəssüfki ATƏT-in Minsk qrupunun dəstəyi və xeyir-duası ilə öz işğalçılıq siyasətini davam etdirir-deyən natiq hər 3 həmsədr dövlətin ayrı-ayrılıqda ermənistanı gücləndirməyə çalışdıqlarını və Azərbaycanla süni balans yaratmağa cəhd etdiklərini bildirdi.

V.Qədirov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm Cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin beynəlxalq hüququn təmin olunmasında əsas vasitə olacağını qeyd etdi. O, beynəlxalq hüququn verdiyi səlahiyyətlərdən istifadə edərək Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad etməyə tam hazır olduğunu bildirdi. 2-5 aprel savaşlarında qazanılan uğurlu qələbənin ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj və dərs olduğunu qeyd etdi.

Tədbirdə çıxış edən Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Məmmədov, rayon icra hakimiyyətinin əməkdaşı Hikmət Bağırov, gənc müəllimlər, tələbələr və s. çıxış edərək ermənistanın işğalçılıq siyasətindən, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərə dəyən maddi və mənəvi ziyandan geniş bəhs etdilər. Beynəlxalq təşkilatların bu münaqişədə ədalətsiz mövqe tutduqlarını, işğalçı ermənistanı təcavüz siyasətini davam etdirdiyinə baxmayaraq 1 dəfə də qınamadıqlarını bildirdilər.

Konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara və avropa gənclərinə qaçqın və məcburi köçkün gənclərin mesajları səsləndirildi:

1.Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. BMT-nin qəbul etdiyi 4 Qətnamə dərhal icra edilməlidir;

2.Xocalı qətliyamı soyqırım kimi tanınmalı, beynəlxalq təşkilatlar bu soyqırıma hüquqi-siyasi qiymət verməli və Ermənistanı terrorçu və təcavüzkar bir dövlət kimi tanımalıdır;

3.İşğalolunmuş Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş vandalizm hərəkətlərinə beynəlxalq hüquq normalarına uyğun qiymət verilməli, məhv edilmiş tarix və mədəniyyət abidələrinin erməniləşdirilməsinənin qarşısı alınmalıdır;

4.Qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarında yaşamaq hüququ bərpa edilməli, işğal olunmuş ərazilərdə Suriyadan, İraqdan və s. dövlətlərdən gətirilmiş ermənilərin qeyri-qanuni məskunlaşdırılmasının qarşısı alınmalı və həmin ərazilərdən çıxarılmaları təmin edilməlidir;

5.Azərbaycana dəymiş maddi və mənəvi zərərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ödənilməsi təmin olunmalıdır və s.

 

Əks təqdirdə Azərbaycan BMT tərəfindən tanınan sərhədlər çərçivəsində tanınan işğal olunmuş ərazilərini hərbi yolla azad etmək hüququnu özündə saxlayır və 2-5 aprel savaşları heç də münaqişənin dondurulmadığını və əksinə daha şiddətli bir hərbi qarşıdurmanın davam edəcəyindən xəbər verir. Ermənistanı təcavüzkar siyasətinə görə qınamayan, əksinə mütəmadi dəstək verib qoruyan dövlətlər hiss etməlidirlərki bu münaqişənin uzadılması ermənistanın mövcudluğunu belə sual altında qoya bilər. Odur ki, neçə ki, gec deyil beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması təmin olunmalı, ermənistan təcavüzkar bir dövlət kimi tanınmalıdır.

Tədbirin sonunda Qarabağ Şikəstəsinin sədaları altında baş tutan bədii hissədə Azərbaycanın qədim folklor və xalq musiqiləri ilə yekun konfrans öz işini başa vurdu.


Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın