Ana səhifə / Siyasət / Gəncədəki 28 saylı orta məktəbdə saxta diplom qalmaqalı – ŞİKAYƏT

Gəncədəki 28 saylı orta məktəbdə saxta diplom qalmaqalı – ŞİKAYƏT

Müəllim kollektivi: «Gülafət Bayramova faktiki olaraq əmək haqqı alır və dövlət büdcəsinə zərər vurur»

«Özünü müəllimlərin müəllimi sanan , guya 33 ölkədə tanınan dırnaqarası yazıçı, nəinki Gəncənin, bütün Azərbaycanın fəxri olduğunu deyən Gülafət Bayramovanın əslində, pedaqoji sahədən xəbəri belə yoxdur. İş-gücü vəzifəlilərin kabinetlərində özünü tərifləmək, bir sözlə özünü gözə soxmaqdır. Bu minvalla da yüksək savad sahibi olan ədəbiyyatçılardan önə keçmiş, 20-22 saat dərs almışdır». Bu sözlər Gəncə şəhərində fəaliyyət göstərən 28 saylı orta məktəbin müəllim kollektivi adından JAM.AZ-a göndərilmiş məlumatdandır.

Məlumatda deyilir ki, Bayramova Gülafət Baharəddin qızı, 1989-cu ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Əlvan metalların metallurgiyası ixtisasını bitirib. «Daha sonra saxta yolla Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsinin diplomunu əldə edib. Məlumunuz olsun ki, Bayramova Gülafətin fırıldaq yolu ilə aldığı Yenidənhazırlanma fakültəsinin diplomu saxtadır. Birincisi, ona görə ki, diplomun alındığı tarixdə məktəbdə əvəzçi olaraq uşaq birliyi təşkilatı rəhbəri işləyib. Bu yaxınlarda Gəncə Təhsil İdarəsinin on illik maliyyə fəaliyyəti yoxlanan zaman Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirmiş, habelə orada kurs keçmiş müəllimlərin diplomları mühasibatlıq tərəfindən tələb olundu. Bayramova Gülafət Baharəddin qızı ondan dəfələrlə tələb olunmasına baxmayaraq diplomu məktəb direktoruna verməkdən imtina etmişdi. İstəyən hər kəsə qışqırıb, bağıraraq, yalandan bildirib ki, diplomu yoxlanmaq üçün nazirliyə göndərib».

Müəllimlər yazır ki, həmkarlarının diplomunun gizlədilməsində Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov vəzifəsindən sui-istifadə edərək şərait yaradıb. «Məhz bu fürsətdən istifadə edən Zakir Hüseynov Bayramova Gülafəti əlində alətə çevirib».

JAM.AZ-a ünvanlanmış məktubda daha sonra vurğulanır: «Məlumunuz olsun ki, Bayramova Gülafət Baharəddin qızına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının Yenidənhazırlanma fakültəsini bitirməsi haqqında YB N 003232 qeydiyyat N 4146 diplomu verilməyib. Bu seriyalı diplom təhsil nazirliyində qeydiyyatdan keçməyib və saxtadır. Gülafət Bayramova bu illər ərzində qanunsuz olaraq əmək haqqı alıb və dövlətə külli miqdarda ziyan vurub. Çox maraqlıdır, cəmi 5-6 ayliq kursla, özü də saxta yolla metallurqçudan necə Azərbaycan dili və ədəbiyyatı müəlliminə çevrilmək olar?»

Qeyd edək ki, şikayətçilər G.Bayramovanın başqa bir əməlindən də bəhs ediblər. Onlar bildiriblər ki, sözügedən şəxsin təhsil naziri Mikayıl Cabbarov Goranboyda qəbul keçirən zaman şikayəti əsasında direktor Rəna İsmayılova işdən azad edilib. «Gülafət Bayramova onu özünün məktəbdən uzaqlaşdırdığını iddia edərkən, yeni direktor, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun yeznəsi, Hacıməlik kənd orta məktəbindən rüşvətxorluğuna görə qovulmuş İmran Tağıyev və müavini Ceyhun Məmmədovun başında qoz sındıraraq öz planlarını həyata keçirir».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın