Çərşənbə , May 22 2019
Ana səhifə / Siyasət / Gəncə Yol polisi rəisinin oğlu «Niva» ilə «avtoş»luq edərkən tutulub

Gəncə Yol polisi rəisinin oğlu «Niva» ilə «avtoş»luq edərkən tutulub

Rəhim Zalov oğlunun ərköyünlüyünün güdazına gedə bilər.

Ölkənin ikinci paytaxtından Moderator.az -a növbəti sensasion məlumat daxil olub. Bildirilir ki, Gəncə Şəhər Baş Polis İdarəsi DYP-nin rəisi Rəhim Zalovun oğlu Ramin Zalov atasının vəzifəsindən sui-istifadə edərək əcaib olay törədib. Belə ki, rəisin oğlu özünə məxsus 20 DL 220 nömrəli “Niva” avtomaşınına məxsus nömrələri çıxararaq saxta tranzit nömrəsi taxmaqla avtoşluq edərkən yaxalanıb. Daha doğrusu, rəisin oğlunu və ona məxsus “Niva”nın qanuni nömrəsini tanıyan hadisə şahidlərindən biri tənbəllik etməyib DİN – in 102 xidmətinə bu haqda məlumat veriblər.

Dərhal hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov bu barədə məlumatlandırıldıqdan sonra avtomaşın saxlanılaraq cərimə meydançasına aparılıb. Ancaq qısa müddətdən sonra avtomaşının qanuni nömrəsi yerinə taxılaraq cərimə meydançasından çıxarılıb. Oğlunun ərköyün davranışlarına görə DYP rəisi Rəhim Zalova qarşı DİN rəhbərliyi və icra başçısı Elmar Vəliyev tərəfindən hansı cəza və ya tənbeh tədbiri görüləcəyi hələlik bilinməsə də gəncəlilər olayı diqqətlə təqib etməkdə və nəticəsi barədə maraqla gözləməkdə…

Qeyd edək ki, hadisə şahidlərinin verdiyi məlumata görə, rəis oğluna məxsus saxta nömrə 2014-cü ilə aid olan tranzit nömrə olub. Halbuki tranzit nömrələr qısa müddət üçün – 15 günlüyə verilir. “Niva” maşını isə Ramin Zalov tərəfindən 2015-ci ildə alınıb…

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın