Ana səhifə / Siyasət / “Gəncə Pambıq Əyrici” MMC 5 milyon manata hərraca çıxarılır

“Gəncə Pambıq Əyrici” MMC 5 milyon manata hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 101 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 43 kiçik dövlət müəssisə və obyekti, 19 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılıb.

Qafqazinfo” xəbər verir ki,  43 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə  ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Sumqayıt, Şəki şəhəri, habelə Şirvan, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında “Gəncə Pambıq Əyrici” MMC, Şəmkir Balıq Zavodu, Şəki Barama Toxumu Zavodu kimi iri müəssisələr var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Gəncədə yerləşən “Gəncə Pambıq Əyrici” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 5 milyon 243 min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 10514,8 kv.m., torpaq sahəsi isə 34083 kv.m.-dir. Paytaxtın Sabunçu rayonunda yerləşən və 60011 kv.m. torpaq sahəsi olan Yardımçı təsərrüfat isə 1 milyon 85 min manata təklif olunur. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 552 min manata Bakının Nərimanov rayonundakı 7 saylı mağaza, 306 min manata Sumqayıtda yerləşən “Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən Barama Toxumu Zavodu da var.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 14-ü paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 800 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Bu dəfəki hərracda 23 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kərpic”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Kəndkimya Təchizat”, “Salyan İnşaat Xidmət”, “Salyan Reproduktor Quşçuluq”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın