Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Gələn ilin ən acı gözləntisi: İxtisarlar, işsizlik… – Büdcə təşkilatlarında həyəcan

Gələn ilin ən acı gözləntisi: İxtisarlar, işsizlik… – Büdcə təşkilatlarında həyəcan

Büdcə təşkilatlarına ixtisara salına biləcək əməkdaşların və “ölü canlar”ın siyahısının hazırlanması barədə göstəriş verilib. Bu barədə daxil olan məlumatda deyilir ki, ayın sonuna qədər siyahı hazırlanmalıdır. Bildirilir ki, növbəti ildən kütləvi ixtisarlara başlanılacaq.

“Idarələrə xüsusi olaraq tapşırılıb ki, ”ölü canlar”ın siyahısı dəqiq hazırlansın. Məlumdur ki, əksər idarə və müəssisələrdə kimlərinsə adına maaş yazılır. Böhran hakimiyyəti bu məsələyə də diqqət ayırmağa məcbur edib. Beləliklə, artıq “ölü canlar” olmayacaq. Idarə və müəssisələrə tapşırıl ki, əgər belə hal aşkar olunarsa, ciddə şəkildə cəza tədbirləri görüləcək”, – deyə mənbə bildirib.

Qaynağımız onu da bildirib ki, dövlət əhəmiyyətli layihələri icrasına da “stop” qoyulub: “Onsuz da dövlət əhəmiyyətli layihələrə ayrılan vəsait yarıbayarı azaldılmışdı. Lakin görünür, vəziyyət çox kritikdir. Ona görə də hətta layihələrəayrılan vəsaitə hələlik dəyilməməsi tapşırılıb”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın