Ana səhifə / Siyasət / Füzulinin icra başçısından Prezidentə və 1-ci Vitse-Prezidentə ŞİKAYƏT – VİDEO

Füzulinin icra başçısından Prezidentə və 1-ci Vitse-Prezidentə ŞİKAYƏT – VİDEO

Prezident İlham Əliyevin qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatı sahəsinə diqqət yetirdiyi bir zamanda əllərinin qabarı, alınlarının təri ilə əkinçilik və maldarlığa öz töhfələrini verən Füzuli fermerləri icra başçısının təzyiqləri ilə üz-üzə qalıblar.
Füzuli rayonu Harami düzündə yaşayan Füzuli və Laçın rayonundan məcburi köçkün olan 34 ailə Kanal24-ə müraciət edərək çətin durumda olduqlarını, rayon icra başçısı Alı Alıyevin haqsızlıqları və qanunsuz əməlləri ilə qarşılaşdıqlarını bildiriblər.
1993-cü ildən Hərami adlanan ərazidə yerləşib əkinçilik, maldarlıq, bir sözlə, kənd təsərrüfatı ilə məşğul olan sakinlər dövlətdən dəstək almalarına baxmayaraq 2012-ci ildən Füzuli rayonuna yeni icra başçısı təyin olunduqdan sonra çətin günlər yaşadıqlarını söyləyirlər. Alı Alıyevin sayəsində dövlət tərəfindən ayrılan güzəştlərdən məhrum olan fermerlər vəzifəsindən sui-istifadə edən məmurun bu əməli ilə heç bir vəclə razılaşmırılar.
Ərazidə becərilən məhsullar, eləcə də pambıqçılıq, minlərlə iri və xırda buynuzlu  heyvan məhv olmaq təhlükəsilə üz-üzədir. Sahibkar Həbib Hacıyevin 30 hektar pambığı, Şakir Əliyevin 20 min müxtəlif növ ağacları göz görə-görə quruyur. Bu azmış kimi ağaclar kəsilərək təbiətə və sahibkarlara küllü miqdarda ziyan vurulub. Vilayəddin Həsənov dövlətin dəstəyi ilə qurduqları təsərrüfatın dağıdılmasını dövlətçiliyimizə zidd olan hərəkət kimi qiymətləndirir.
Kanal24 vasitəsilə ölkə başçısı İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya müraciət edən fermerlər bu haqsızlıqlara, özbaşınalıqlara som qoyulmasını xahiş edirlər.
Ümidvarıq ki, məsələ tezliklə həllini tapacaq və bu zəhmətkeş insanlar tərəfindəm qurulan təsərrüfat, vəzifəsindən sui-istifadə edənlər tərəfindən dağıdılmayacaq. Məsələ diqqətimizdədir. (Kanal24.az)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın