Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Fuad Nəcəfli Naxçıvandakı köhnə idarəetməni tənqid etdi

Fuad Nəcəfli Naxçıvandakı köhnə idarəetməni tənqid etdi

“Naxçıvan ölkənin ümumi inkişaf tendensiyasının önəmli parçasıdır. Ancaq köhnə, düzgün olmayan idarəetmə qaydası bu inkişaf prosesinin sürətli aprılmasına mane olur”.
Bunu Naxçıvanda bələdiyyələrin fəaliyyətindəki problemlər və onların həlli yolları ilə bağlı keçirilən iclasda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
“Ona görə də hər bir qurum öz idarəetmə sisteminə yenidən baxmalı, fəaliyyətində hesabatlılıq və maliyyə şəffaflığını təmin etməlidir”, – F. Nəcəfli bildirib.
O deyib ki, bəzi hallarda bələdiyyələrin ərazinin ayrılması zamanı ümumi planlamanı və bazar qiymətlərini nəzərə almadan torpaqlarını mülkiyyətə təqdim etmələri halı da müşahidə edilir ki, bu da həmin bələdiyyənin maliyyə təminatını yaxşılaşdırmasına və ümumilikdə ərazinin inkişaf planlamasına mane olur:
“O cümldən əhaliyə göstərilən kommunal və sosial xidmətlərin keyfiyyəti ilə də bağlı da diqqət olunmalı məsələlər var. Belə ki, bələdiyyələr kommunal xidmətləri qrafik müəyyən etmədən, planlaşdırmadan, kortəbii şəkildə həyata keçirirlər. İşıqlandırma ilə bağlı da oxşar hallar müşahidə olunur. Aidiyyəti qurumlar qeyd olunan nöqsanları qısa müddətdə təhlil edib, onların həlli ilə bağlı əməli addımlar atmalıdırlar”.
Qeyd edək ki, ötən il dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sözügedən vəzifədən istefa verib. Eyni gün Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Vasif Talıbovun vəzifədən azad edilməsi barədə rəsmi qərarı imzalayıb. Bir gün sonra – dekabrın 22-də isə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …