Cümə , İyul 19 2019
Ana səhifə / Siyasət / Fuad Muradov saxta profillərin ümidinə qalıb

Fuad Muradov saxta profillərin ümidinə qalıb

Deputatın təşviqat stendindəki fotoları sıradan çıxarılıb

Deputat Fuad Muradov təbliğatının banal yolunu seçib. Parlament seçkilərinə növbəti dəfə namizədliyini irəli sürən gənc millət vəkili saxta “Facebook” profilləri açdırıb reklam siyasətini qurub.

Məlumata görə, F.Muradov saxta profil hesabları ilə sosial şəbəkələrdə seçicilərinə çağırışlar edir.

Onun seçki qərargahında çalışan fəallar saxta profillərə nəzarət edirlər. Seçkilərdə bu günə kimi heç bir deputatlığa namizəd belə ucuz təşviqat kampaniyası təşkil etməyib. Məlumata görə, F.Muradov Xətai rayonu 34 saylı Seçki Dairəsindən namizədliyini irəli sürüb. Bundan əvvəl Səbayıl seçicilərinin millət vəkili olan F.Muradova Xətai seçiciləri sıcaq yanaşmır. Xətai seçiciləri qeyd edirlər ki, Səbayılda özünü doğrultmayan və sakinlərin problemlərini parlamentdə dilə gətirməyən millət vəkili onlara lazım deyil.

Seçicilərin bir qrupu isə tia.az-ın elektron poçtuna yazıb ki, F.Muradov Səbaildə seçkidən – seçkiyə camaatı yada salıb.

Onu da deyək ki, Xətaidə etiraz olaraq F.Muradovun təşviqat stendində olan fotoları cırılıb.

Arqument.Az

Həmçinin oxuyun

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib

Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda …

Bir cavab yazın