Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Fuad Abbasov işdən çıxarılmasına görə konkret ad çəkdi

Fuad Abbasov işdən çıxarılmasına görə konkret ad çəkdi

Tanınmış jurnalist “Ihlas” Xəbər Agentliyi baş direktorunun dosyesini açdı – Rusiya yönümlü amerikalı…

Türkiyənin “İhlas” Xəbər Agentliyinin Moskva müxbiri, Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Rusiya telekanallarında Azərbaycanın mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov aprelin 13-də işindən azad edilməsi ilə bağlı yeni detalları açıqlayıb. Sosial şəbəkədəki statusunda F.Abbasov yeni ad açıqlayıb, hədəf göstərib. 
Tanınmış jurnalist yazıb: “Lütfən “İhlas” Xəbər Agentliyi ilə münasibətlərimin sonlandırılmasında kimsə ikinci vətənim, canım Türkiyəmi suçlamasın. Türk insanı və ümumilikdə Türkiyə toplumu mənim son aylarda Rusiya media dünyasında apardığım mübarizəni yaxşı bilir və dəstəkləyirdi. Buna görə də Türkiyə xalqına təşəkkürümü bildirirəm. Heç kimsəni suçlamaq istəmirəm. Sadəcə, bir insanı yaxşı tanımanızı istəyirəm. Onun adı Tomas Bonifield… Əslən ABŞ kökənlidir. 2008-ci ildən bu günə qədər “İhlas” Xəbər Agentliyinin baş direktoru olaraq çalışır. Bir zamanlar TGRT Xəbər TV-də baş direktor idi.
Bundan öncə çalışdığım qurumun baş direktoru haqqında
 
internet səhifəsində təsdiqlənən məlumatların bəzi detallarını Türk dilində tərcüməsini sizinlə paylaşmaq istəyirəm:
*1985–1990 illəri arasında Arizona Dövlət Universiteti Jurnalistika Fakültəsi; 
 
*1989-cu ildə keçmiş SSRİ döməmində Leninqrad Jdanov Dövlət Universiteti rus dili və ədəbiyyat fakeltəsi; 
 
*1989-cu ildə Middlebury Kolleci rus dili bölümü; 
 
*2000–2006-cı illərdə NBC NEWS Moskva bürosu rəhbəri. Bütün Rusiya və keçmiş SSRİ ölkələrini əhatə edən bir sahənin xəbər rəhbəri; 
 
*2006–2008-ci illər arasında ABŞ-ın NBC (National Broadcasting Company) telekanalında xarici xəbərlər müdiri; 
 
*2008-ci ilin avqust ayından bu yana İstanbul mərkəzli Türkiyənin “İhlas” Xəbər Agentliyinin baş direktoru”. 
Musavat.com isə hesab edir ki, F.Abbasov bu təqdimatı verməklə əslində, işdən çıxarılmasının arxasında birbaşa Rusiyanın dayandığını sübut edir. Çünki sözügedən şəxsin keçdiyi karyera yolu onun Rusiya ilə bağlılığını bir daha ortaya qoyur.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …

Bir cavab yazın