Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Fuad Ələsgərov həmsədrlik edəcək

Fuad Ələsgərov həmsədrlik edəcək

1 iyun 2016-cı ildə Milli Məclisin binasında İnsan hüquqları üzrə Birgə Qrupun iclası keçiriləcək.
Bu barədə Tezis.az saytına Birgə Qrupa yaxın qaynaqlardan məlumat daxil olub.
Xatırladaq ki, Qrupun son toplantısı ötən ilin dekabrında keçirilmişdi. İnsan Hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun həmsədrləri Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.
Qurumun katibliyinə hüquq müdafiəçiləri Sahib Məmmədov, Səadət Bənənyarlı, Prezident Administrasiyasının əfv sektorunun müdiri Kəmalə İsmayılova daxildir. Qrupun üzvlərinin ümumi sayı 21 nəfərdir. Toplantıda gündəlikdə dayanacaq məsələlərin məzmunu redaksiyamıza konkret bəlli olmasa da, iclaslararası dövrdə Birgə Qrupun fəaliyyəti, həmin zaman kəsiyində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsü, həmçinin “mübahisəli məhbuslar” kateqoriyasına daxil olan şəxslərlə bağlı müzakirələr aparılacağı istisna edilmir.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın