Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Fransua Olland ermənilərin istədiyi formada Fransanın mövqeyini açıqlayıb – Əflatun Amaşov

Fransua Olland ermənilərin istədiyi formada Fransanın mövqeyini açıqlayıb – Əflatun Amaşov

“Erməni icmasının Fransua Ollandla görüşü zamanı Dağlıq Qarabağ məsələsini gündəmə gətirmələrində məqsəd Fransanın dəstəyini möhkəmləndirməkdir”.

Bunu SalamNews-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Şura sədri qeyd edib ki, Fransua Ollandın yaxın vaxtlarda prezidentlik dövrü başa çatır. Buna görə də, görünür, bu çıxışla onların dəstəyini qazanmağa çalışır: “Həmin görüşdə Fransa Prezidenti Madrid sənədlərindəki “ermənilər öz müqədaratlarını həll etmək hüququna malikdir” hissəsinə toxunub”.

Əflatun Amaşov vurğulayıb ki, Olland erməni icması ilə görüşündə münaqişənin tarixinə münasibətdə qətiyyətsizlik nümayiş etdirib, ermənilərin Azərbaycan torpağının 20 faizini işğal etməsi haqqında heç bir söz deməyib: “Halbuki Madrid sənədlərində də vurğulanır ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Amma Fransa Prezidenti bu məsələni gündəmə gətirmir. Yalnız ermənilərin istədiyi formada Fransanın mövqeyini açıqlayır. Əlbəttə, bu, qəbuledilməzdir. Bu çıxışı ilə Fransua Olland fransalı həmsədrlərin bu məsələdiki mövqeyini ortaya qoyur”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın