Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / Fransanın Azərbaycandakı səfirinə xəbərdarlıq edilməlidir – AMİP

Fransanın Azərbaycandakı səfirinə xəbərdarlıq edilməlidir – AMİP

Azərbaycan Milli İstiqlal Partiyası Bəyanat qəbul edib.

Bəyanatda deyilir: “Fransanın Qarabağa qanunsuz səfər etməsi ilə gündəmə gəlmiş prezidentliyə namizədi Valeri Pekres Azərbaycanla bağlı şikayət edəcəyinə dair həyasızcasına bir bəyanatla çıxış edərək Azərbaycan Respublikası prezidentinin “Biz Valeri Pekresin qanunsuz yollarla Qarabağda olmasını bilsəydik geri qayıdan zaman onu saxlayardıq” sözlərini özünə qarşı “təhdid” adlandırıb və Fransa hökumətinin bu “təhdidə” susqun qalmamalı olduğunu bəyan edib. O, həmçinin prezidentliyə namizəd olaraq öhdəliyinin həm də “Şərq xristianları məsələsi” olduğunu və bu baxımdan da Ermənistanı müdafiənin vacib olduğunu bildirib.

 Pekresin bu bəyanatının ardınca təmsil etdiyi Respublikaçılar Partiyasının Fransa Senatında, Fransa Milli Assambleyasında, o cümlədən də Avropa Parlementindəki deputatları və digər şəxslər olmaqla ümumilikdə 242 nəfərin imzasıyla Fransa Prezidenti Makrona müraciət ünvanlanıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınan rəsmi sərhədlərini pozaraq qanunsuz yollarla ərazilərimizə səfər etmiş Pekres və eləcə də Fransa Senatının, Milli Assambleyasının və Avropa Parlamentinin onun kimi separatizmə dəstək ifadə etməklə müraciətə imza atan nümayəndələri Qarabağı “Azərbaycan aid olmayan ərazilər“ adlandırmaqla yanaşı, “erməni xalqına qarşı təcavüz və təxribatlar törədən” Azərbaycanın rəsmi şəkildə üzr istəməsi üçün müvafiq addımların atılması iə bağlı absurd çağırış ediblər. 

Azərbaycan Milli İstiqlal Partiyası Pekres və onu dəstəkləyənlərin bu çağırışını Azərbaycan dövlətinə, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş növbəti təxribatçı addım kimi qiymətləndirir və Azərbaycanın rəsmi dövlət qurumlarının, o cümlədən Azərbaycan Parlamenti və Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə adekvat münasibət bildirməsini, müraciəti imzalamış şəxslərin ölkəmiz üçün arzuolunmaz hesab olunması və bu barədə Fransanın müvafiq dövlət qurumlarına, eləcə də Fransanın Azərbaycandakı səfirinə xəbərdarlıq edilməsini vacib hesab edir”.

Azinforum.az

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yaxşı olardı ki, Elmira Axundova bu yanlışı düzəltsin və təkzib versin”

Keçmiş deputat, Ukraynadakı səfirimiz Elmira Axundova bütün fəaliyyəti boyunca ulu öndər Heydər Əliyevə sadiq olduğunu …