Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüblər.

“Report” xəbər verir ki, qətnaməyə səs verən senatorlar Ferat Fransuaz, Filip Bonnekağye, Alan Difuğ, Evelin Peğu, Nadia Solloqub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. An-Katrin Lozye, Hav Muağvi və Jan-Pyer Muga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

Onu da qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməsini pisləyib.

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …