Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / “Fransada Hadrut olsun!” – ermənilərdən yeni tələb – FOTO

“Fransada Hadrut olsun!” – ermənilərdən yeni tələb – FOTO

Bezdik artıq, usandıq, səbrimiz tükəndi! Nə qədər olar axı?! Bizi nəinki vətəndaş, heç insan yerinə qoymurlar!”

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirən bir dəstə erməni tələblərinin yerinə yetirilməsini istəyirlər.

Onlar ilk əvvəl Ermənistanın Hökumət Binasının qarşısına yığışaraq “Hadrutun azərbaycanlılardan geri alınması”nı, habelə özlərinə qaçqın statusunun verilməsini, yaşayış yeri və sosial müavinətlərlə tələb olunmalarını istəyiblər.

Azərbaycan ərazilərinin 28 il erməni işğalında olduğu dönəmdə torpaqlarımızda məskunlaşan, özlərinə güzəran quran ermənilər tipik erməni həyasızlığına əsaslanaraq həmin məkanları “erməni əraziləri” hesab edirlər.

Bu irreal və absurd davranışda Hadrutda yaşamış ermənilər xüsusilə fərqlənirlər.

Etiraz aksiyasına qatılanların əksəriyyətini də məhz onlar təşkil edirdilər.

İrəvanda Hökumət Binasının qarşısına yığışanlarn kollektiv məktublarını Nazirlər Kabinetinin dəftərxanasına ötürməyə nail olublar.

Hadrutlu ermənilər “Qarabağdan qaçqın düşmüş ermənilərin problemlərinin həlli”ni, həmçinin Ermənistanın rəhbərliyi, yəni prezident Aram Sarsiyan və baş nazir Nikol Paşinyanla “təcili görüş” tələb ediblər.

Daha sonra onlar BMT-nin yerli nümayəndəliyinə gedərək, orada da məktub veriblər, sonda İrəvandakı Fransa Meydanına yollanıblar.

Hadrutdan qaçmış ermənilərin dediklərinə görə, təxminən 26 gün əvvəl onlar Fransa prezidenti Emmanuel Makrona təqdim olunmaq üçün məktubu Fransanın Ermənistandakı səfirliyinə veriblər.

“Əsas məqsədimiz Fransada siyasi sığınacaq almaqdır. Çünki belə davam edərsə, Fransada Hadrut yaratmaq Ermənistanda qalaraq Hadrutu qorumaqdan daha asandır”, – aksiya iştirakçılarından biri, Levon Ayryan deyib.

Fransa səfirliyindən verilən cavab qısa olub: “Məktubunuz Fransanın dövlət başçısının dəftərxanasına göndərilib. Cavab olarsa, sizə məlumat veriləcək”.//milli.az

Həmçinin oxuyun

Azərbaycanda partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu (FOTO)

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib.  Qaynarinfo-nun əldə etdiyi məlumata …