Fransa Senatı bu gün 305 səs lehinə, 1 səs əleyhinə olmaqla qondarma DQR rejiminin müstəqilliyini tanıyan qətnamə qəbul edib.
Qətnamə tövsiyə xarakterlidir. Yəni rəsmi Paris sənədə reaksiya verməyə də bilər.
Fransa Xarici Işlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuen Senatda çıxış edərək qətnamənin qəbul edilməsini tənqid edib:
“Rəsmi Parisin “Dağlıq Qarabağ”ın müstəqilliyini birtərəfli tanıması nə Ermənistana, nə “Qarabağ xalqı”na, nə də Fransanın özünə, nə Minsk Qrupunun digər həmsədrlərinə, nə də Avropaya fayda verəcək. Bu, hökumətin siyasəti deyil…”