Ana səhifə / Siyasət / “Fransa Tehranın bir nömrəli tərəf müqabilidir” – Zərdüşt Əlizadə

“Fransa Tehranın bir nömrəli tərəf müqabilidir” – Zərdüşt Əlizadə

“Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, Azərbaycan İran ərazisindən Naxçıvana çıxış açmağa nail olacaq. Rusiya-Ermənistan arasındakı gərginliyin də rəsmi Bakıya aiddiyyəti yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib”.

Bu fikirləri politoloq Zərdüşt Əlizadə Bakupost.az -a deyib.

O bildirib ki, Rusiya öz ərazilərindən başlayan, Azərbaycandan keçən və İrana vasitəsilə Hind okeanına gedən Şimal-Cənub dəhlizində maraqlıdır. Zəngəzur yolu da açılsa, Rusiya dəmir yolu ilə Türkiyəyə, Yaxın Şərqə çıxacaq. Bu, Rusiyaya lazımdır. Onun həmin yola nəzarəti öz əlinə almaq niyyəti var.

Fransa ilə İran arasındakı əməkdaşlığın mahiyyətinə toxunan Zərdüşt Əlizadə qeyd edib ki, Qərb dövlətləri arasında İranla yaxın münasibətlər saxlayan yeganə ölkə Fransadır: “Rəsmi Paris İrana qarşı bəzi sanksiyalara riayət etməyə məcbur olsa da, Tehranın bir nömrəli tərəf müqabilidir”.

Həmçinin oxuyun

Azərbaycanın AŞPA-ya qaytarılması müzakirə olunur

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Avropa Şurası Nazirlər …