Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Siyasət / Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib.

Azinforum.az xəbər verir ki, bu barədə məlumatı XİN yayıb.

“Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib.

Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb.

Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb”, – deyə məlumatda qeyd olunub.

Həmçinin oxuyun

İlqar Məmmədov Prezidentə müraciət etdi

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevəı müraciət edib. Belə ki, “Facebook” …