Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Fövqəladə Hallar Nazirliyi binalara vurulan yeni üzlüklərlə bağlı AÇIQLAMA yaydı

Fövqəladə Hallar Nazirliyi binalara vurulan yeni üzlüklərlə bağlı AÇIQLAMA yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) binalara vurulan yeni üzlüklərlə bağlı aparılmış müayinənin nəticələrini açıqlayıb. Modern.az saytı xəbər verir ki, FHN-in mətbuat xidmətinin məlumatına görə, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir.

“Hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur. Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının Radioloji laboratoriyası tərəfindən aparılmış radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər. Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir”.

Həmçinin oxuyun

Cenevrə görüşü niyə təxirə salındı?

Azərbaycan XİN-i ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu günə təyin olunmuş görüşünün oktyabrın 30-na keçirilməsini …

Bir cavab yazın