Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Fövqəladə hallar atlası nəşr olunacaq – Sədr Abid Şərifovdur

Fövqəladə hallar atlası nəşr olunacaq – Sədr Abid Şərifovdur

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“1. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr edilsin.

2. “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:

Redaksiya heyətinin sədri

Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini.

Redaksiya heyəti sədrinin müavinləri:

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Akif Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.

Məsul katib

Ramiz Məmmədov – Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.

Redaksiya heyətinin üzvləri:

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri

Heydər Əsədov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Kərəm Həsənov – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Tahir Budaqov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Faiq Tağı-zadə – Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini

Rövnəq Abdullayev – Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti

İlyas Əlizadə – Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Qurban Yetirmişli – Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru

Ulduz Həşimova – Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına

Fiziologiya İnstitutunun direktoru

İlham Ələkbərov – Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru

Validə Əlizadə – Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru

Elmira Ramazanova – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın