Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Formula-1 zamanı eyvanından baxanlara 900 manat cərimə iddiasına cavab

Formula-1 zamanı eyvanından baxanlara 900 manat cərimə iddiasına cavab

Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai “Formula 1” yarışlarının keçiriləcəyi günlərdə ərazidə yaşayan sakinlərin öz evlərinin eyvanından baxmalarına görə 900 manat məbləğində cərimələnəcəklərinə dair iddialara aydınlıq gətirib.

N.Arpadarai deyib ki, ərazidə yaşayan sakinlər öz eyvanlarından yarışı izləyə bilərlər: “Bununla bağlı hər hansı qadağa və cərimə nəzərdə tutulmayıb. Bunun əksini deyənlər isə yalan məlumat yaymaqla məşğuldur”.

Buna baxmayaraq. N.Arpadarai cərimənin ola biləcəyini istisna etməyib: “Dövlət qurumları tərəfindən həmin binaların sakinləri ilə bir-bir söhbət aparılıb. Mən bildiyim qədəri ilə vətəndaşlar eyvandan aşağı nə isə qəsdən, təhlükə törətmək məqsədi ilə atacağı təqdirdə cərimə oluna bilərlər. Amma eyvandan oturub yarışa baxmağa görə heç bir qadağa və cərimə yoxdur”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın