Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Fonda pul köçürən nazirlərin – Siyahısı

Fonda pul köçürən nazirlərin – Siyahısı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımlar davam edir. 

Yenisabah.az xəbər verir ki, artıq Fonda daxil olan ianələrin məbləği 111 milyon 957 min 706 manat olub. 

Fonda ianə edənlər arasında nazirlər də var. Onların arasında ən çox ianə edən Müdafiə sənayesi naziri Mədət Quliyevdir. O, Fonda 17 165 manat yardım edib. 

İkinci Müdafiə Nazirliyinin rəhbərliyi gəlir: 11 013 manat. Sonrakı yeri Dövlət statistika komiətsinin sədri Tahir Budaqov tutur. Komitə sədri Fonda 10 406 manat köçürüb. 

Baş nazir Əli Əsədov, Təhsil naziri Ceyhun Bayramov, Dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyev və Səhiyyə naziri Oqtay Şirəliyev Fonda 10 000 manat ianə ediblər. 

Mədəniyyət naziri Əbülfəs Qarayevlə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 5000, Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov 3000, Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı 2500, Rabitə, nəqliyyat və yüksək texnologiyalar naziri Ramin Quluzadə isə Fonda 2327 manat köçürüb.

Nazirlər Kabinetinə tabe olan mərkəzi icra hakimiyyəti orqanları arasında isə Ədliyyə Nazirliyi öndə gedir. Nazirlik Fonda 1 milyon 178 min 125 manat yardım edib. İkinci yerdə Fövqəladə Hallar Nazirliyi (FHN) gəlir. FHN-nin ianə etdiyi məbləğ 1 milyon 30 manatdır. 

Sonrakı yeri Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi bölüşür. DİN və DGK Fonda 1 milyon manat köçürüb. Fonda yüksək məbləğdə ianə edən qurumlardan növbətisi Dövlət Təhlükəsizlik Xidmətidir (DTX). Bu qurum Fonda 800 000 manat yardım edib. 

İanələrin məbləğinə görə sonrakı ardıcıllıq aşağıdakı kimidir:

Maliyyə Nazirliyi – 700 000 manat

Xarici İşlər Nazirliyi – 217 041manat

Dövlət Miqrasiya Xidməti     – 200 000 manat

Müdafiə Sənayesi Nazirliyi – 160 000 manat

Energetika Nazirliyi – 139 606 manat

İqtisadiyyat Nazirliyi -107 779 manat

Təhsil Nazirliyi  -100 000 manat

Dövlət Sərhəd Xidməti -100 000 manat

Səfərbərlik Və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidməti    – 100 000 manat

Səhiyyə Nazirliyi     -100 000 manat

Mədəniyyət Naziliyi -100 000 manat

Qida Təhlükəsizliyi Agentliyi -100 000 manat

Xarici Kəşfiyyat Xidməti     – 89 244 manat

Gənclər və İdman Nazirliyi – 30 150 manat

Kənd Təsərrüfatı Nazirliyi – 22 316 manat

Diaporla İş üzrə Dövlət Komitəsi –    20 205 manat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi -16000 manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 8556 manat.

Həmçinin oxuyun

“Xəyallarımız, hədəflərimiz puç oldu” – Paşinyanın qızı

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı …