Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Flora Kərimova: “Nazir İlhaməyə nüfuz verməklə özünü gözdən saldı”

Flora Kərimova: “Nazir İlhaməyə nüfuz verməklə özünü gözdən saldı”

Xalq artistləri Flora Kərimova və İlhamə Quliyeva arasında yaranan “məşəl davası” səngimək bilmir. Həmkarının “Sən torpaq satmısan, dövlət, xalq, bayraq qədrini bilməmisən” sözləri Flora Kərimovanın sərt reaksiyasına səbəb olub.
“Yeni Müsavat”a danışan xalq artisti bu məsələdə nazir Azad Rəhimovu suçlayıb:
“Üzümü tutub gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimova demək istəyirəm ki, siz “onu xalq sevir” deyəndə, bu sözünüzlə ona nüfuz verdiniz. Lakin  eyni zamanda yalan danışmağınızla özünüzü nüfuzdan saldınız”.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva əlindəki məşəllə Flora Kərimovanı yandıracağı ilə hədələmişdi. Qarşı tərəf bu təhdidə də cavab verib:
“Bir adam ki, mətbuat vasitəsilə “səni məşəllə yandıracam, gözünü çıxardacam, canını alacam” desin, ona ancaq xəstə adı vermək olar. Ona məsləhətim budur ki, nə qədər gec deyil psixoloji durumu ilə bağlı həkimə müraciət etsin. Bir sözlə, İlhamə xəstədir… Qocalıq onu yaman çaşdırıb, gənclərlə rəqabətə girməyə çalışır, lakin alınmır.  Üstəlik, gəzə, yeriyə də bilmir, o məşəli necə daşıyacaq?
Demək istəyirəm – “İlhamə, sən o məşəli heç beş dəqiqə belə daşımağa layıq deyiləsn. Sənə “Şərəf” ordeni ona görə verilib ki, sən özünü buna layiq aparıb, şərəfini qoruyasan. Şərəfini qoru, ay İlhamə!
O siyahıda tanınmış sənərçilərimiz Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayevin da adı var. Özünü onların yanında elə aparır ki, sanki, başbiləni, ən nüfuzlusu odur.  Halbuki, İlhamənin onların sırasında olmasına cüzi də olsa haqqı yoxdur”.
Qeyd edək ki, “Primadonna” adlandırılan xalq artisti İlhamə Quliyevanın Avropa Oyunlarının məşəl daşıyanlarından biri olması son günlər mətbuatda geniş müzakirəyə səbəb olmuşdu. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İlhamə Quliyevanın Azərbaycanın çox hörmətli müğənnilərindən biri olduğunu və onun məşəl daşımasını müsbət hal kimi dəyərləndirdiyini  demişdi:
“İlhamə xanım məşəli Bakıda daşıyacaq 150 məşaldardan biridir. Qaça bilməsə də, hərəkət edəcək. Ola bilər ki, primadonna 20-30 metr məşəli daşıdıqdan sonra estafeti digər məşəldara verəcək”.
Xalq artisti Flora Kərimova isə həmkarının məşəl daşımasını tənqidlə qarşılamışdı.

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …

Bir cavab yazın