Ana səhifə / Siyasət / Firdovsi Şahbazovun namizədliyi qeydə alındı

Firdovsi Şahbazovun namizədliyi qeydə alındı

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Firdovsi Şahbazovun namizədliyi qeydə alınıb.

Azinforum.az qeyd edir ki, Firdovsi Həşim oğlu Şahbazov 1983-cü ildə Lerik rayonunun Lərmərud kəndində anadan olmuşdur.

2000-ci ildə Elxan Qurbanov adına Lərmərud kənd orta məktəbini bitirdikdən sonra yüksək balla Bakı Dövlət Universitetinə qəbul olmuş, 2004-cü ildə İqtisadi Nəzəriyyə ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyi nəzdində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda aspirantura təhsili almışdır.

2010-cu ildə Milli Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

2006-2014-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrində dövlət qulluqçusu kimi baş məsləhətçi vəzifəsində, həmçinin 2007-2009-cu illərdə Bakı Dövlət Universitetində saat hesabı müəllim kimi çalışmışdır.

2015-2017-ci illərdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda “Makroiqtisadi tədqiqatlar” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda makroiqtisadi proporsiyaların tənzimlənməsinin investisiya amili” mövzusunda dissertasiya müdafiə etmişdir. Ölkə iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş 15-dən artıq elmi məqalə və tezisin müəllifidir.

Təhsildə əldə etdiyi nailiyyətlərə görə Bakı Dövlət Universiteti və Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. Ailəlidir. Hazırda Bakı şəhərində yaşayır və pedoqoji fəaliyyətlə məşğuldur.

Həmçinin oxuyun

“İlham Əliyevin üçüncü gücün müdaxiləsi barədə dedikləri İrana yaxşı bir mesajdır…”

Müharibənin müəyyən mərhələsində diplomatik meydanda aktiv fəaliyyətin olacağı gözlənilən idi və istər Avropa ölkələri və …