Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Siyasət / Filip Riker: ABŞ Azərbaycan və ona qonşu ölkələrlə dialoqu davam etdirəcək

Filip Riker: ABŞ Azərbaycan və ona qonşu ölkələrlə dialoqu davam etdirəcək

“Cənubi Qafqaz bölgəsinə səfərim çox faydalı oldu və son hadisələrdən geri qalmamağa imkan verdi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Romada keçirdiyi görüşdən sonra deyib.

O, regionun ABŞ üçün prioritet olduğunu bildirib: “Biz müntəzəm dialoq və müzakirələri davam etdirəcəyik”.

Qeyd edək ki, ABŞ rəsmisi bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub.

Həmçinin oxuyun

Mustafa Şentop Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək. TBMM sədri Azərbaycan-Pakistan-Türkiyə …