Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Fikirləri qalmaqala səbəb olan partiya sədri: “Şəhid ailələrinə, qazilərə…”

Fikirləri qalmaqala səbəb olan partiya sədri: “Şəhid ailələrinə, qazilərə…”

“Biz qələbəni Azərbaycan ordusunun, Ali Baş Komandanının cəsarəti sayəsində qazandıq. Bundan sonra şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi diqqət göstərməliyik. Onların hər birini qorumalıyıq, dəyər verməliyik. Görməlidirlər ki, gözümüzdə hansı mərtəbədədirlər”.

Bunu Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

A.Səmədov bildirib ki, həmin insanlara münasibət tamamilə dəyişməlidir: “Biz özümüzü onların qarşısında borclu bilməliyik, əlimizdən gələni etməliyik. Bu, təkcə vəzifə tutanlara aid deyil, siyasi partiyalar da yol axtarmalıdırlar. Qazilərin təşkilatları güclənməlidir, çəkisi artmalıdır. Çalışmalıyıq ki, onlar fəxr etsinlər”.

Xatırladaq ki, partiya sədrinin bir neçə gün öncə, “Rusiya olmasaydı, biz bu müharibədə qələbə qazana bilməzdik” açıqlaması kəskin tənqid edilmişdi. A.Səmədovun “Ağıllı olmalıyıq, emosianallıq siyasətdə çox böyük günahdır. Sən filan vaxtı məni qırıbsan, keçdi onlar. Unutmalıyıq, heç yada da salmamalıyıq ki, belə bir şey olub. Biz ermənini düşmən kimi qəbul edib, özümüzə də düşmən eləsək, ermənini bəxtəvər edib, onun üçün işləmiş olarıq” fikri də qalmaqala səbəb olub.

Həmçinin oxuyun

Ərdoğan:”Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib”

“Türkiyənin zərbə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə metodlarını da …