Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / FHN xilasetmə görüntülərini yaydı – Video

FHN xilasetmə görüntülərini yaydı – Video

Hal-hazırda Dövlət Neft Şirkətində “Günəşli” yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilir.

“Qafqazinfo”nun konfransda olan əməkdaşının məlumatına görə, fövqəladə hallar nazirinin birinci müavini Etibar Mirzəyev deyib ki, dekabrın 4-ü və 5-də xilasetmə istiqamətində əməliyyatlar aparılıb:

“Həmin platforma sahildən 110 km uzaqda yerləşir. Dekabrın 4-də bizim “Vixr” gəmimizim özülə yaxınlaşması mümkün olmadı. Küləyin surəti 144 km/saat idi. Biz qərara gəldik ki, xilasetməni səhər davam etdirəcək. Amma dekabrın 5-də yanğının istiliyi və külək veryolyotların həmi platformaya düşməsinə imkan vermədi. Buna görə helilopterlər qonşu platformalara düşdülər. Gəmi ilə həmin platformaya yaxınlaşıb altdan deşdik. Sonra həmin qayıqdakı şəxsləri xilas etdik. Onların sonrakı talelərini də özünüz bilirsiniz. Biz xilasetmə zamanı qeydə alınan videogörüntüləri də sizə göstərəcəyik”.

***

Mətbuat konfransında xilasetmə görüntüləri yayımlanıb. Videonun keyfiyyətinin aşağı olması onun birbaşa proyektdən çəkilməsi ilə bağlıdır. Daha keyfiyyətli videonun mətbuata ötürüləcəyi gözlənilir.

 

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə …

Bir cavab yazın