Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Siyasət / FHN-də Kəmaləddin Heydərovdan narazılıq artır

FHN-də Kəmaləddin Heydərovdan narazılıq artır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi, polkovnik Zaur Mirzəyevin intim videolarının yayılması ölkədə şok effekti yaratdı. Zaur Mirzəyev videoların üzə çıxmasının ardınca əvvəl vəzifəsini, sonra isə azadlığını itirdi. 

Hakimiyyətdaxili kompromat savaşının açıq təzahürü kimi qiymətləndirilən bu hadisə uzun müddət ölkə gündəmini zəbt etdi. Məlum videolarla bağlı qalmaqal ən müxtəlif kontekstlərdə müzakirə olunaraq bəzən bir-birinə daban-dabana zidd olan versiyaların ortaya çıxmasına səbəb oldu. Video qalmaqalının FHN-də bir neçə yüksək vəzifəli zabitin başını “yeyəcəyi” ilə bağlı iddialar irəli sürülsə də, Zaur Mirzəyevdən başqa iş yerini itirən olmadı. Onun isə karyerası ilə bir müddət əvvəl vidalaşdığı deyilərək, məsələni unutdurmaq siyasəti həyata keçirildi.

Qeyd edək ki, ilk baxışda “ssenari müəlliflərinin” öz məqsədlərinə çatdığını söyləmək olar. Belə ki, ölkədə çoxdan gündəm dəyişib və Zaur Mirzəyevin adına indi ancaq axtarış saytlarıda rast gəlmək mümkündür. 

FHN-nin yüksək vəzifəli zabitlərindən biri “Yeni Sabah”a deyib ki, kənardan işlər yolunda görünsə də, əslində, daxildə gərginlik səngimək bilmir. Mənbənin sözlərinə görə intim videoların üzə çıxmasından sonra təqsirkarlar barədə ciddi ölçü götürülməməsi Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nüfuzuna sarsıdıcı zərbə vurub. Bu hadisədən əvvəl qətiyyətli nazir kimi xarakterizə olunan Heydərov indi tabeliyində çalışan şəxslər üzərində nəzarət imkanlarını itirən rəhbər kimi tanınır.

Məlumatlı şəxsin dediyinə görə,  bu qalmaqaldan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun cəzalandırılacağı gözlənsə də, bu günə kimi onun barəsində heç bir ölçü götürülməyib. FHN-nin dəhlizlərində Kəmaləddin Heydərovun arxalı generallardan sayılan Füzuli Əsədova “bata” bilməməsi ilə bağlı mülahizələr dolaşır. Əməkdaşlar öz aralarında K.Heydərovun gücünün ancaq istintaq prosesində zərərçəkən qismində tanınan bir neçə qadını cəzalandırmağa çatdığını danışırlar. 

Mənbə deyib ki, intim videoların üzə çıxması bütövlükdə FHN-nin nüfuzuna ciddi zərər vurub. Onun sözlərinə görə, bu hadisədən əvvəl bütün dövlət qurumları, ələlxüsus da güc strukturları həmrəylik nümayiş etdirərək FHN-nin şəxsi heyətinə qarşı xüsusi diqqət göstərirdilər: “Bir-iki ay əvvələ kimi yol polisi FHN aid maşınları heç vaxt saxlamırdı. Hətta qırmızı işıqdan keçəndə cərimə yazılmırdı. İndi isə tez-tez belə hallarla qarşılaşırıq, bizimlə sıravi vətəndaş kimi davranırlar.

Nazirlikdə hesab edirlər ki, bütün bunlar Kəmaləddin Heydərovun nüfuzdan düşməsinin nəticəsidir. FHN-çilər hakimiyyət komandasında yüksək nüfuza malik olan yeni nazirlə işləməyi arzulayırlar”- deyə mənbə fikrini tamamlayıb.

Həmçinin oxuyun

Aqil Abbas şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı spikerə müraciət etdi

Deputat Aqil Abbas Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” …