Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / “FETÖ istintaqında Azərbaycanın hüquq-mühafizə orqanları aktiv iştirak edib” –Zakir Qaralov

“FETÖ istintaqında Azərbaycanın hüquq-mühafizə orqanları aktiv iştirak edib” –Zakir Qaralov

Baş prokuror Zakir Qaralov bu gün Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, görüşdə baş prokuror Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib.

Z. Qaralov mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə 2016-cı ildə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq-mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd edib.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən nazir Əbdülhəmid Gül ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirməklə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilib, qonaq tərəfindən bir neçə gün öncə ölkəmizdə yad edilən azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Həmçinin oxuyun

Türk hərbçilərinin Qarabağa gəlişi nə zaman baş tutacaq

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə …