Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı çapdan çıxıb. Bu barədə Azinforum.az-a Fazil Mustafa məlumat verib.

Onun sözlərinə görə, “Sağlam düşüncə alternativi” adlanan kitab son bir ildə yazılmış çeşidli mövzulara aid məqalələr toplusudur: “Bu, mənim sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara bir ərməğanımdır. Yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq. Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrdə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur”.

Qeyd edək ki, bu, Fazil Mustafanın sayca 19-cu kitabıdır. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.

Azinforum.az

Həmçinin oxuyun

Türk hərbçilərinin Qarabağa gəlişi nə zaman baş tutacaq

Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə …