Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Fazil Mustafa: “Yüzlərlə insan gözləyir, amma göydən biri zənbillə düşür…”

Fazil Mustafa: “Yüzlərlə insan gözləyir, amma göydən biri zənbillə düşür…”

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında diqqəti vacib bir məsələyə çəkdi. “Bu il Nəsib bəy Yusifbəylinin 140 yaşı tamam olur. Nəsib bəy Yusifbəyli Azərbaycan hökumətinin başında olanda Azərbaycan müstəqilliyi de-fakto tanınıb. O, 39 yaşında həlak olub. Lakin bu gün Nəsib bəy Yusifbəylinin yubileyi qeyd olunmur. Onun 140 illik yubileyi qeyd olunmalıdır.Bu, sadəcə bir unutqanlıq deyil. Əgər istəyiriksə ki. dövlət qulluğuna diqqəti artıraq, bu kimi şəxsiyyətlərə dəyər vermək bizim borcumuzdur”.

F.Mustafa bir sıra qüsurları və yerində olmayan məsələləri də vurğuladı: “Adama görə idarə, vəzifə, rütbə müəyyən olunur. Yüzlərlə insan gözləyir, amma “göydən biri zənbillə düşür”, fövqəladə səfir olur, general olur. Adam var heç aşağı rütbələrdən keçməyib. Bu, ədalətsizlik məsələsidir ki, insanların haqqı tapdanır. Onlar özlərini köməksiz, müdafiəsiz hiss edirlər”.

F.Mustafa gerçək generallara böyük etimad və hörmətini izhar etməklə yanaşı, dedi ki, 44 gün ərzində döyüşən generalın sayı kabinet generalı ilə müqayisədə çox az oldu. “Etimadı doğrultmayan nə qədər şəxslər oldu ayrı-ayrı sahələrdə. Əmək pensiyalarında biz niyə problem yaşayırıq? Çünki bir kateqoriya insanlar müəyyən sistemdə işləyiblər, haqqı olmaya-olmaya böyük miqdarda əmək haqqı alıblar, amma kasıb-kusub kənarda qalır”. Musavat.com

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …