Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / Fazil Mustafa: “Yerində olmayan məmurlar kifayət qədər çoxdur”

Fazil Mustafa: “Yerində olmayan məmurlar kifayət qədər çoxdur”

Deputat Fazil Mustafa plenar iclasdakı çıxışında həmkarı Vahid Əhmədovun məmurları tənqid etməsinə haqq qazandırdı. O da bildirdi ki, prezidentə çıxmadan bir çox məsələləri həll etməyin mümkünsüzlüyü qənaətindədir. F.Mustafanın sözlərinə görə, bu günlərdə prezident ibrətamiz sözlər söylədi ki, bir sıra məsələləri məndən gizlədilir, mənə çatdırılmır.

Depytat qeyd etdi ki, prezidentin ürək ağrısı ilə dediyi sözlərin məmurlar tərəfindən qəbul olunacağına əmin deyil.

F.Mustafa bir sıra hallarda ölkəyə faydalı layihələrin qarşısının alındığını da söylədi: “İtaliyalı iş adamı bizim ölkəyə pul xərcləməyə gəlib, onu niyə geri qaytarırsan ki, get, İstanbulda test ver, qayıt?! Yerində olmayan məmurlar kifayət qədər çoxdur. Onlar ölkə prezidentini də məlumatlandırmırlar”. Musavat.com

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …