Cümə , Oktyabr 7 2022
Ana səhifə / Siyasət / Fazil Mustafa: “Şərq hər doğan Günəşi boğur”

Fazil Mustafa: “Şərq hər doğan Günəşi boğur”

“Günəş Şərqdə doğur, Qərbdə batır. Əslində Şərq hər doğan Günəşi boğur. Bu səbəbdən Günəş başını götürüb  azadlıq udmaq üçün Qərbə mühacirətə gedir”.

Bunu deputat Fazil Mustafa bildirib.

“Şərq deyəndə artıq dəqiq bölgülər aparılır. Türkiyə özünə  Ön Asiya deyib  yaxasını kənara çəkir. Orta Şərqdə İzrail yeni sivilizasiya quraraq fərqliliyini ortaya qoyur. Sinqapur, Malaziya, Hindistan Cənub-Şərqi Asiya çətiri altında kənarda baş dolandırır. Bir də Uzaq Şərq deyilən məkan var. Çin, Yaponiya, Cənubi Koreya, Rusiya. Bunlar da əslində Uzaq Şərq deyil, Şərqdən uzaq duranlardır. Qalır Müsəlman Şərq. Düşündürücüdür, bu Günəşi boğan, onu Qərbə mühacirətə məcbur edən hansı Şərqdir?” – F.Mustafa qeyd edib.

Həmçinin oxuyun

Kreml Azərbaycan və Ermənistana sülh üçün təkliflər verib – Zaxarova

Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” verib. Bu barədə Rusiya …