Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Fazil Mustafa: “İnsanlar Xoşqədəmi gözləyirdilər ki, oturub bir az ağlayıb yüngülləşsinlər”

Fazil Mustafa: “İnsanlar Xoşqədəmi gözləyirdilər ki, oturub bir az ağlayıb yüngülləşsinlər”

“Çox adam tanıyıram ki, o verilişin vaxtını gözləyirdi”
Moderator.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa “Xoşqədəmlə axtrıram səni” verilişinin bağlanmasına münasibət bildirərəkən deyib.
Deputatın sözlərinə görə, veriliş Azərbaycanda çoxluğun zövqünə tam uyğun idi:
 “Xoşqədəmlə axtrıram səni” verilişini bağladılar. Məncə tamaşaçı zövqü bəhanədir. Azərbaycanda çoxluğun zövqünə tam uyğun bir veriliş idi. Çox adam tanıyıram ki, o verilişin vaxtını gözləyirdi ki, oturub bir az ağlayıb yüngülləşsin. Bayağılığa qalsa, teleməkanın böyük hissəsini bu bayağılıq bürüyüb.
Cəmiyyəti düşünməyə, axtarmağa sövq edən alternativ verilişlər üzərində düşünmək lazımdır. Elmi, siyasi, intellektual debatlara yer vermək daha faydalı olardı. Əks halda, insanlar elə bu boşluğa qapılıb yenə də “Onu” axtaracaqlar”.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası ANS telekanının efirində yayımlanan “Xoşqədəmlə axtrıram səni” verilişinin 5 oktyabr tarixindən etibarən bağlamasına qərar verib.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın