Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Fazil Mustafa: “Biz bu iki kişi ilə bağl nə etdik?”

Fazil Mustafa: “Biz bu iki kişi ilə bağl nə etdik?”

Milli Məclisin bugünkü iclasında çıxış edən deputatlar Milli Dirçəliş Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı da fikirlərini səsləndiriblər. Deputat Fazil Mustafa bir sıra təkliflər səsləndirdi. Milli Dirçəliş Günü münasibətilə həmkarlarını və Azərbaycan xalqını təbrik etdi.

Daha sonra Fazil Mustafa akademik Əhliman Əmiraslanova 70 illik yubileyi ilə bağlı təbriklərini ünvanladı. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar prezident sərəncamından bəhs etdi. Deputat Gürcüstan və Ermənistanda cəmiyyət olaraq Cümhuriyyətin 100 illiyinə daha həssas münasibət göstərdiyini bildirdi, qarşıdakı 6 ay müddətində görüləsi işlərdən danışdı. “Bu cümhuriyyətin qurulmasında iki böyük, tarixi şəxsiyyətin müstəsna rolu var. Bu ideya böyük Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. İkincisi də Nuru paşa bu dövləti xilas edib. Biz, deputat həmkarım Qüdrət Həsənquliyevlə bərabər onların adının əbədiləşdirilməsi üçün müraciət etsək də, hələ bir cavab almamışıq. Rəsulzadənin isə ata evi uşaq bağçası kimi fəaliyyət göstərir. 100 illiklə bağlı gələcəkdə ortaya sual çıxacaq: biz bu iki kişi ilə bağl nə etdik?”

Spker dedi ki, Milli Məclis cənab prezidentin sərəncamından dərhal sonra işlərə başlayıb: “Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib. Vaxtı gələndə nəticəsini görəcəyik”.

Həmçinin oxuyun

Mnatsakanyan yenə Moskvadadır

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Moskvaya qısamüddətli səfərə gedib. Bu barədə Ermənistan Xarici İşlər …